İranda neft hasilatı sutkada 3,4 milyon barrelə yüksəldi
İranda neft hasilatı sutkada 2,9 milyon bareldən 3,4 milyon barelə yüksəlib.
Bunu İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Birliyinin rəsmi nümayəndəsi Seyyid Həmid Hüseyni deyib.
“Son hesabatlar göstərir ki, İranda neft hasilatı sutkada 3 milyon 400 min barelə yüksəlib, halbuki bir müddət əvvəl hasilat gündə təxminən 2 milyon 900 min barel olub”, – Hüseyni bildirib.
Onun sözlərinə görə, İran neft hasilatını sutkada 3,8 milyon barrelə çatdırmaq istəyir.