Sionistlərin bir gündə ikinci cinayəti: 45 fələstinli şəhid olub

Sionistlərin bir gündə ikinci cinayəti: 45 fələstinli şəhid olub

Sionist rejim qırıcıları Nusirat bölgəsində bir binanı hədəfə alıblar, nəticədə indiyədək 45 nəfər şəhid olub, onlarla insan yaralanıb.

Sionist rejim qırıcıları Qəzza zolağının mərkəzində yerləşən Ən-Nusiratda beşmərtəbəli binanın bombalamaqla yeni cinayət törədiblər.

Fələstin mənbələri bu hücumlar nəticəsində 45 nəfərin şəhid olduğunu, onlarla insanın yaralandığını bildirib.

Sionist rejim qırıcıları bu gün günortadan sonra Qəzza zolağının şimalında yerləşən Cəbəliyyə düşərgəsini bombalayıb və yeni qırğına başlayıblar. Fələstinin Səhiyyə Nazirliyi Cəbəliyyə düşərgəsinin bombalanması zamanı 100-dən çox insanın şəhid olduğunu, 300-dən çox insanın isə yaralandığını açıqlayıb.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudrə deyib: Cəbəliyyədə baş verənlər İsrail tərəfindən dinc əhalinin ilk öldürülməsi deyil. Məhdud imkanlarımızla yaralıları dağıntılar altından xilas etməyə çalışırıq.

Əl-Qudrə əhalinin sıxlığına görə yəqin ki, daha çox insanın şəhid olduğunu bildirib və əlavə edib: “Bəlkə də, şəhidlərin sayı Əl-Muəmdani xəstəxanası fəlakəti şəhidlərinin sayına bərabər oldu.”

Sionist rejim ötən ay oktyabrın sonunda Qəzzada Əl-Muəmdani xəstəxanasını bombalamaqla artıq böyük fəlakət yaradıb.

Əşrəf Əl-Qudrə sionist qırıcıların Əl-Muəmdani xəstəxanasını bombalaması zamanı 1000-dən çox insanın öldüyünü və ya yaralandığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 1 =