Nəbih Bəri: İsrail müharibə əhatəsini genişləndirərdə, biz hazırıq
Livan parlamentinin sədri sionist rejimin müharibə əhatəsini genişləndirəcəyi təqdirdə ölkəsinin mübarizəyə hazır olduqlarını elan edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nəbih Bəri sionist rejimi işğal olunmuş Fələstinin şimalındakı diskalasiya vəziyyətinin yaranmasında məsuliyyət daşıdığını elan edərək deyib: Livan sərhədlərində müqavimət dəstələrinin fəaliyyəti bizim işğal olunmuş ərazilərdə də təbii bir haldır. Düşmən hücuma məruz qalır və bunun Əl Əqsa Tufanı əməliyyatı və Qəzzə müharibəsi ilə heç bir əlaqəsi yoxdur.
Nəbih Bəri həmçinin deyib: Hal hazırda baş verənləri nəzərə alsaq, İsrailin müharibə əhatəsini genişləndirmək istəyi qarşısında biz ehtimal olunan hər hansı bir ssenariyə hazırıq.
Livan Parlament sədrinin dediyinə görə İsrail bu plan üzərində işləyir və bu çox təhlükəli plandır. Baş nazir Netanyahunun icra etmək istədiyi bu plan çoxdan hazırlanıb və əsas məqsəd Orta Şərqdə dəyişiklik etməkdir.