Beş ərəb nazir ABŞ dövlət katibi ilə görüşəcək
İordaniyanın baş nazirinin müavini, xarici işlər və miqrantlarla iş üzrə naziri Əyman əs-Səfadi noyabrın 4-də Əmmanda Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı xarici işlər nazirləri və xarici işlər nazirinin iştirak edəcəyi görüş barədə məlumat verib.
Bu barədə o yerli KİV-ə bildirib.
“Görüş humanitar fəlakətə səbəb olan Qəzza zolağında və onun hüdudlarından kənarda müharibəyə son qoymağa yönəlmiş səylər kontekstində koordinasiya xarakteri daşıyacaq”, – deyə baş nazirin müavini “Al Mamlaka” telekanalına istinadla bildirib.
Ərəb nazirləri daha sonra ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birgə görüş keçirəcəklər və bu görüş zamanı onlar “dərhal atəşkəs və Qəzzaya humanitar yardımın təcili çatdırılmasına çağıran ərəb mövqeyini bir daha təsdiqləyəcəklər”.