Tunis prezidenti: Sionist rejimlə normallaşdırma siyasəti məğlubiyyətdir
Tunis prezidenti İsraillə diplomatik əlaqələrin normallaşdırılmasının məğlubiyyət olduğunu deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Qeys Səid televiziyada canlı yayımla çıxış edərək deyib: Tunis sionist rejimlə diplomatik münasibətlərinin normallaşdırmayacaq və bu bizim dəyişməz mövqeyimizdir.
Əl Qudsul ərəbi qəzetinin yazdığına görə Tunis prezidenti normallaşdırma siyasətinin məntiqsiz olduğunu açıqlayaraq deyib: Sizonit rejimin tarixin ən çirkin cinayətlərinə bulaşdığı bir dövrdə yaşayırıq. Fələstin xalqı müqavimət yolunu seçib və biz də bu yolda onlara şərikik. Biz də “ya qələbə, ya şəhatət” şüarı ilə razıyıq.