ABŞ-ın İraq və Suriyadakı bazalarına hücum edildi
İraqdakı şiə qruplaşmaları ABŞ-ın bu ölkədəki Eyn əl-Əsəd və Suriyadakı Ət-Tanf bazalarına PUA-ların köməyi ilə hücumlar edib.
Bu barədə “Şəfəq Nyus” məlumat yayıb.
“Ötən gecə və bu səhər iki PUA Eyn əl-Əsəd bazasına hücum edib. Hər iki PUA zərərsizləşdirilib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, daha bir PUA Suriyadakı bazaya hücum etsə də, vurulub.