Həmas: Borrell sözünü geri götürsün!

Həmas: Borrell sözünü geri götürsün!

Fələstin İslami Müqavimət Hərəkatı Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin son bəyanatına reaksiya verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Həmas bu gün (13 noyabr) bəyanat yayaraq Cozep Borrellin “İsrailin özünümüdafiə haqqı” barədə sözlərinə reaksiya verib.

Məlumata görə bəyanatda deyilir: Cozep Borrellin Həmasın xəstəxanalara hücum etmək və dinc insanların qətli ilə  ittihamlandırması real həqiqətləri tərs göstərməkdən başqa bir şey deyil. Borrellin ittihamları Avropanın müdafiəsiz insanlara qarşı təcavüzkarlıq və uşaqların qətli ilə məşğul olan işğalçılara dəstək durması mənasını daşıyır.

Bəyanat həmçinin deyilir: Biz dünya mediasında yayımlanan film və şəkilləri görməməzdən gələn Borrellin təhlükəli çıxışını qəbul etmir, ondan bu xoşşagəlməz anti-humanitar sözlərini geri götürməsini tələb edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 17 =