İrlandiya parlamenti qarşısında Fələstinə dəstək aksiyası

İrlandiya parlamenti qarşısında Fələstinə dəstək aksiyası

Fələstinə dəstək aksiyaçıları Dublin şəhərində, İrlandiya parlameni qarşısında sionist rejimin cinayətlərinə etiraz edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, minlərlə İrlandiya vətəndaşı dünən (15 noyabr) bu aksiyada sionist rejimin bu ölkədəki səfirinin ixrac edilməsini tələb ediblər.

Press Assosiation portalının məlumatına görə Fələstin bayraqları əllərində olan etirazçılar Qəzzədə atəşkəs olmasını tələb edərək sionist səfirin ölkələrindən qovulmasını, İsrail əleyhinə şüarlar səsləndiriblər.

Deyilənlərə görə İrlandiya hakim partiyası olan Şinfin və sosial-demokrat partiyasının rəsmiləri də bu aksiyada iştirak ediblər. Sosial-demokrat partiyası parlamentə sionist rejim səfirinin İrlandiyadan çıxarılması, İsrailə iqtisadi-diplomatik sanksiyaların qoyulması barədə layihə təqdim etdiyini elan edib.

Bu partiya həmçinin İsraillə Dana Erliç diplomatik etimadnamənin ləğvini də tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + six =