Yəmənin bir əyalətində “Əl-Əqsa tufanı” adı altında 10000 könüllünün təlimi

Yəmənin bir əyalətində “Əl-Əqsa tufanı” adı altında 10000 könüllünün təlimi

Yəmənin Zimar vilayətində könüllü 10 min nəfəri “Əqsa tufanı” adı altında təlimlərini başa vurub.

Yəmən mənbələri bu gün Zimar vilayətində 10 min könüllü qüvvələrin hərbi təlimini başa çatdırdığını açıqlayıb. Bu təlimlər “Əl-Əqsa tufanı” adı altında həyata keçirilib.

Əl-Məsirə xəbər kanalı bununla bağlı görüntülər dərc edib.

Yəmənin Milli Qurtuluş Hökuməti Əl-Əqsa tufanı əməliyyatının başladığı gündən Fələstinə dəstək verdiyini bəyan edib. Yəmən qüvvələri bir neçə dəfə raket və pilotsuz təyyarələrlə işğal olunmuş əraziləri hədəfə alıb.

Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi bu yaxınlarda məzlum Fələstin xalqına dəstəyini açıqlayarkən deyib: “İsrail gəmilərini hədəfə alacağıq və bunda heç bir şübhə yoxdur.”

Əl-Husi ABŞ-ın sionist rejimə hərbi dəstəyinə toxunaraq qeyd edib:

Amerikalılar İsrailə milyardlarla dollarla kömək etdilər. İngiltərə, Fransa, Almaniya və digər qərb ölkələri də eyni şeyi etdi, bəs İslam ümməti niyə öz məzlumlarını dəstəkləmir?

Biz Yəmən xalqı adına ilk gündən Fələstin millətinə dəstəyimizi və müqavimətimizi bəyan etdik.

Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisi də dünən sionist əsgərlərin Qəzza zolağındakı Əş-Şifa xəstəxanasına daxil olmasına cavab olaraq bəyanat yayıb və deyib: Əş-Şifa Tibb Kompleksinə qeyri-qanuni giriş vəhşi və qorxaq bir cinayətdir və düşmən ordusunun müqavimətə qarşı hərbi məğlubiyyətinin miqyasını göstərir.

Sionist ordu dünən səhər bir neçə gündür ətrafı güclü hücuma məruz qalan Əş-Şifa xəstəxanasına daxil olub.

İsrail əsgərləri xəstəxanaya daxil olduqdan sonra xəstəxananın müxtəlif şöbələrində, o cümlədən təcili yardım, cərrahiyyə, ürək və ümumi şöbələrində axtarış aparıb, xəstəxanaya sığınan çox sayda həkim və fələstinli qaçqını təftiş ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − eleven =