Qvadelupa Qadınlar İttifaqının rəhbəri: “Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəmiz davam edir”
“Qvadelupanın Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsi bu günə qədər davam edir”.
Bunu Qvadelupa Qadınlar İttifaqının prezidenti Ketti Lombion noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda keçirilən konfransda deyib.
“Bizim birliyimiz qadınların və uşaqların hüquqlarını təmin etmək üçün yaradılıb. Biz hər cür ayrı-seçkiliyə qarşı mübarizə aparırıq”, – o bildirib.
Onun sözlərinə görə, Qvadelupa xalqı ayrı-seçkiliyə görə dəfələrlə Fransa hökumətinə etiraz edib: “Biz tam dekolonizasiyaya nail olmalıyıq. Bu tədbir isə bu məsələyə töhfə verə bilər”.