Sionistlər: Hizbullahın şimaldakı hücumları bizi daş dövrünə qaytardı
Sionist mediası Livan Hizbullahının işğal olunmuş ərazilərin şimalında bu rejimin casusluq obyektlərinə hücumlarının sionistləri daş dövrünə qaytardığını elan edib.Sionist rejimin mediası elan edib ki, Livanda islami müqavimət hərəkatının işğal olunmuş ərazilərin şimal sərhədlərində bu rejimin casusluq avadanlıqlarına qarşı hücumları nəticəsində sionistlərin kəşfiyyat və casusluq müəssisələri daş dövrünə qayıdıb.
Hizbullah, demək olar ki, hər gün işğalçı hərbi qüvvələri hədəf almağa davam edir və bu cihazların hədəf alındığı səhnələri daha əvvəl də dərc edilib, əməliyyatın təfərrüatları və hədəfə alınan cihazların mahiyyəti açıqlanıb.