İraq “İslam Müqavimət Hərəkatı” ABŞ-nin bazasına hücum edib
İranyönlü İraq “İslam Müqaviməti Hərəkatı” ABŞ-nin İraqın şimalında Ərbil beynəlxalq hava limanı yaxınlığındakı hərbi bazasına hücum edib.
Məlumata görə, hərəkat bu hücumu ABŞ-nin Qəzza zolağında İsrailin hərbi əməliyyatını dəstəkləməsinə qarşı etdiyini bildirib. İddia olunur ki, hücum pilotsuz uçan aparat vasitəsilə edilib və hədəfə çatıb.