İran XİN rəhbəri HƏMAS lideri ilə görüşdü
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin paytaxtı Dohada görüş keçiriblər.
Bu barədə İRNA məlumat yayıb.
Tərəflər Qəzzadakı hazırki situasiyanı və HƏMAS ilə İsrail arasında girov mübadiləsi ilə bağlı razılaşmanı müzakirə ediblər.