KİV: HAMAS İsraillə atəşkəsi uzatmağa hazırdır
Fələstinin HAMAS hərəkatı noyabrın 24-dən qüvvədə olan dörd günlük humanitar atəşkəsi uzatmağa hazırdır.
Bu barədə adı açıqlanmayan mənbəyə istinadən AFP məlumat yayıb.
Vasitəçilər əlavə atəşkəs gününə nail olmaq və atəşkəs razılaşmasının daha bir neçə gün uzadılması üçün fəal səylər göstərirlər”, – deyə agentlikdən bildirilib.