Şahzadənin Britaniyaya səfəri təxirə salındı -Putinə görə

Şahzadənin Britaniyaya səfəri təxirə salındı -Putinə görə

Səudiyyə Ərəbistanı Rusiya prezidenti Vladimir Putinin krallığa səfəri ərəfəsində vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudun Britaniyaya rəsmi səfərini təxirə salıb.

Bu barədə “The Financial Times” qəzeti Britaniya hökumətindəki mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, Böyük Britaniya və Səudiyyə Ərəbistanı vəliəhd şahzadənin səfərini bir neçə aydır müzakirə edir. Məhəmməd bin Salmanın Britaniya adalarına səfəri üçün mümkün tarix dekabrın 3-ü seçilib. Lakin səfər ötən həftə təxirə salınıb. Səudiyyə Ərəbistanı rəsmiləri bildirib ki, səfər planlaşdırma məsələlərinə görə təxirə salınıb və vəliəhdin Rusiya dövlət başçısını Ər-Riyadda qəbul etməsi ilə heç bir əlaqəsi yoxdur.

Britaniya parlamentinin hakim Mühafizəkarlar Partiyası üzvləri vəliəhdin səfərinin təxirə salınmasını Rusiya prezidentinin Səudiyyə Ərəbistanına getməsi ilə əlaqələndiriblər. Britaniya rəsmilərinin fikrincə, bu, iki krallıq arasındakı münasibətlərin möhkəmliyini sual altına qoyur.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 6-da Səudiyyə Ərəbistanına səfər edib və burada vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ilə görüşüb. Tərəflər enerji, turizm, eləcə də antiterror fəaliyyətlərində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 1 =