İsrailin Qəzza ilə bağlı qərarı bəlli oldu
Qəzza zolağı müharibədən sonra İsrail ordusunun nəzarəti altında olacaq.
Bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu deyib.
O bildirib ki, müharibədən sonra Qəzzada mülki administrasiya fəaliyyət göstərəcək.
“Zolaq İsrailin hərbi nəzarəti altında olacaq və bu ərazi körfəz dövlətlərinin rəhbərliyi altında bərpa olunacaq. Biz beynəlxalq təzyiqlərə boyun əyməyəcəyik” – Netanyahu qeyd edib.