Əl Qəssam briqadaları: Düşmən qüvvələri dağılmaqdadır
Əl Qəssam briqadalarının mətbuat katibi düşmən sionis rejim ordusunda parçalanmasından xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Əbu Übeydə dünən axşam (15 dekabr) videoçıxışında deyib: Əl Əqsa Tufanı əməliyyatından 70 gün keçir və Fələstin xalqı hələ də misilsiz şücaətlər nümayiş etdirir.
Əbu Übeydə deyib: Qəhrəman mücahidlərimiz ən müasir texnika ilə təchiz olunmuş ordu ilə qarşı-qarşıya olmasına baxmayaraq son 5 gündə düşmənin 100-dən çox hərbi təchizatını məhv etməyi bacardı. Müqavimət qüvvələri hətta binaların daxilində olan düşmən qüvvələrini hədəfə alaraq məhv ediblər.
Əl Qəssam sözçüsü həmçinin deyib: ABŞ sanki böyük bir ölkə ilə döyüşürmüş kimi işğalçı rejimə misilsiz yardımlar üçün hava körpüsü yaradıb.
Bu müharibənin onlar üçün ölüm-qalım məsələsi olduğunu iddia edən işğalçı rejim ordusuna muzdurlar da qəbul edib – deyə Əbu Übeydə vurğulayıb.