Qəzzanın şimalında gedən döyüşdə 3 sionist əsgər həlak olub
Sionist ordu Qəzza zolağının şimalında gedən döyüşlərdə bu rejimin daha 3 əsgərinin həlak olduğunu elan edib.
Çərşənbə axşamı İsrail ordusu Qəzza zolağının şimalında gedən döyüşlərdə daha üç əsgərin öldüyünü etiraf edib.
Bundan əvvəl sionist rejimin mediası Qəzza zolağında quru döyüşlərində 125-dən çox sionist əsgərin həlak olduğunu bildirmişdi.
Bununla əlaqədar olaraq, Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds Qəzzanın şərqində yerləşən Həyyəş-Şücaiyyədə 7 sionist əsgərin öldüyünü və yaralandığını açıqlayıb.
Sionist “Haaretz” qəzeti də yazıb ki, oktyabrın 7-dən (Qəzzə müharibəsinin başlanğıcından) 2816 əsgər sionist rejimin Hərbi Nazirliyinin reabilitasiya şöbəsində müalicə olunur və onların 18%-i psixi xəstəliklərdən əziyyət çəkir.
Əl-Mənar şəbəkəsinin xəbərinə görə, Cəbəliyyənin Əl-Cərin və Ən-Nəzhə küçələrində irimiqyaslı artilleriya hücumu davam edir.