BMT TŞ Qəzza ilə bağlı qətnamə layihəsini qəbul etdi
BMT Təhlükəsizlik Şurası ərəb ölkələrinin hazırladığı Qəzza zolağına humanitar yardım çatdırılmasını asanlaşdırmaq məqsədi daşıyan qətnamə layihəsini qəbul edib.
Qətnamənin lehinə 13 ölkə səs verib, Rusiya və ABŞ bitərəf qalıb.
Qətnamənin qəbul edilməsi üçün o, Təhlükəsizlik Şurası üzvlərinin doqquz səsini almalı idi, üstəlik, daimi üzvlərindən heç biri sənədin əleyhinə çıxış etməməli idi.