Donald Tramp: “İsrailin seçimi yoxdur”
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, İsrail Fələstinin radikal HƏMAS hərəkatını bütünlüklə məhv etməlidir.
Bu barədə Ağ Evin keçmiş rəhbəri yerli radioya müsahibəsində bildirib.
“Bəli, HƏMAS-dan yaxa qurtarmaq lazımdır. Onlar (İsrail) bunu etməlidirlər. Onların seçimi yoxdur. İnsanlar artıq 7 oktyabrı unudublar”, – deyə o vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl İsrail kəşfiyyat xidmətlərinin Qəzza zolağında hərbi kampaniya başa çatdıqdan sonra Fələstinin radikal HƏMAS hərəkatının liderlərini bütün dünyada təqib etməyə və öldürməyə hazırlaşdığı barədə mediada məlumat yayılmışdı.