Kənani: Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb
![Kənani: Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb](https://sizinyol.org/wp-content/uploads/2023/12/170812386.jpg)
Xarici İşlər Nazirliyinin mətbuat katibi İran və Azərbaycan prokurorlarının görüşünün nəticəsini və iki ölkə arasında münasibətlərin həlli istiqamətindəki səyləri, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə aid işin gedişatını müsbət qiymətləndirərək deyib: “Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib.”
İRNA-nın xarici siyasət sahəsi üzrə müxbirinin məlumatına görə, Nasir Kənani bu gün – bazar ertəsi, 25 dekabr – jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında deyib: “Digər sahələrdə də iki ölkə arasında əlaqələrin inkişafında yaxşı hadisələrin şahidi oluruq, ticarət sahəsində də müvafiq danışıqlar aparılıb.”