Humanitar yardım daşıyan 81 yük maşını Qəzzaya daxil olub
Dekabrın 29-da humanitar yardım daşıyan 81 yük maşını “Kerem Şalom” və “Rəfah” keçid məntəqələrindən keçərək Qəzza zolağına daxil olub.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
“Yardımın miqyası hələ də çox aşağıdır. Qəzza zolağındakı insanlar üçün bu, yaşayış üçün qeyri-mümkün vəziyyət yaradır. Odur ki, döyüşlər dayandırılmalıdır”, – məlumatda qeyd edilib.
İsrail humanitar yardım Fələstin anklavına daxil olmamışdan qabaq yükləri yoxlayır.
Xatırladaq ki, İsraillə HƏMAS arasında humanitar fasilələrin olduğu dövrdə Qəzza zolağına hər gün 200 yük maşını, münaqişə gərginləşməmişdən əvvəl isə 500-ə yaxın yük maşını daxil olurmuş