Nigerlilər Fransa hərbçilərinin ölkədən çıxarılmasını tələb edirlər
Nigerdə minlərlə insan Fransa hərbçilərinin ölkədən çıxarılmasını qeyd etmək üçün küçələrə axışıb.
“Report” xəbər verir ki, bu barədə “France Presse” məlumat yayıb.
“Minlərlə insan dekabrın 29-da Nigerdə yerləşən son fransız əsgərinin bir həftə əvvəl ölkədən çıxarılmasını qeyd edib”, – agentlik bildirib.
Nümayişdə Burkino-Fasonun və Malinin baş nazirləri – Apolliner Yoahim Kyelem de Tambela və Şoqel Kokalla Maiqa iştirak ediblər.
Qeyd edilib ki, sentyabrın 2-də paytaxt Niameydəki hava qüvvələri bazası qarşısında Fransa qoşunlarının çıxarılması tələbi ilə başlayan etiraz aksiyalarına minlərlə insanın nümayişi son qoyub.
Agentliyin məlumatına görə, Fransa əleyhinə şüarlar səsləndirilib. İzdiham arasında Niger, Burkino-Faso, Mali və Rusiya bayraqları görünüb.