İranda törədilən terror hadisəsində 73-nəfər şəhid olub, 170 nəfər yaralanıb
İranın Kerman şəhərində terror hücumu zamanı törədilən partlayışlarda ölənlərin sayı 73-ə çatıb, 170 nəfər yaralanıb.İranın Kerman şəhərində baş verən terror hadisəsi nəticəsində ölənlərin sayı 73-ə çatıb.
“İrna” xəbər agentliyinin məlumatına görə Şəhidlər Xiyabanına gedən yolda iki partlayış törədilib.
Bildirilib ki, hadisə nəticəsində yaralıların sayı 171-ə çatıb.
İlkin məlumata görə hadisə terror əməliyyatı olub.
Qeyd edək ki, bu gün Sepah-ın Qüds qolunun komandanı general Hacı Qasim Süleymaninin terror edilməsinin il dönümü olduğundan Kerman şəhərində böyük izdiham olub. 3 yanvar həzrət Fatimənin mövlud günü, “qadınlar bayramı” da olduğundan şəhərdə müxtəlif tədbirlər də keçirilirmiş.
İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı adlandırıb.