Fələstinə bir şekel də verməyəcəyik – İsrail
İsrail Fələstin Administrasiyasına bir şekel (İsrailin pul vahidi – red.) belə köçürmək niyyətində deyil.
Bunu İsrailin maliyyə naziri Betsalel Smotriç ABŞ Dövlət katibi Entoni Blinkenə ünvanladığı müraciətində deyib.
“ABŞ Dövlət katibi Entoni Blinken İsrailə xoş gəlib. Biz ABŞ-ın İsrailə dəstəyini çox yüksək qiymətləndiririk, lakin ölkəmizdə mövcudluğumuza gəldikdə, biz həmişə İsrailin maraqlarına uyğun hərəkət edəcəyik. Biz HƏMAS-ı məhv etmək üçün var gücümüzlə mübarizəyə davam edəcəyik. Qəzzanın qapılarını qaçqınların könüllü köçmələri üçün açmağa çalışacağıq”, – Smiotriç bildirib.
Qeyd edək ki, Blinken İsrailin Fələstin Muxtariyyətinə münaqişənin başlanmasından bəri dondurulmuş vəsaitlərə çıxışını təmin etməli olduğunu bildirmişdi.