Əmir Abdullahiyan: İraq və Suriyaya kömək etmək üçün ən yaxşı hərbi müşavirlərimizin qanını təqdim etmişik
Xarici İşlər naziri deyib: “Faktiki olaraq Suriya və İraq xalqı və hökumətinin köməyinə yetən, İŞİD-lə mübarizədə onlara yardım edən İran olub. Biz İraq və Suriya xalqına və silahlı qüvvələrinə kömək etmək üçün ən yaxşı hərbi məsləhətçilərimizin qanını təqdim etmişik.”
İRNA-nın xarici siyasət sahəsi üzrə bölməsinin verdiyi məlumata görə, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Davos toplantısında iştirak edərkən Amerikanın CNBC kanalına müsahibə verib və verilişin aparıcısının suallarını cavablandırıb.