Yəmən ordusunun Qırmızı dənizdə yeni əməliyyatları
Yəmən silahlı qüvvələrinin sözçüsü bu gün səhər (şənbə) elan edib ki, ölkə ordusu Qırmızı dənizdə Britaniyaya məxsus neft tankerinə qarşı yeni əməliyyat keçirib.
İSNA-nın məlumatına görə, Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bu ölkənin donanmasının Qırmızı dənizdə Britaniyaya məxsus neft tankerini hədəf aldığını açıqlayıb.
O, bununla bağlı deyib: Qəzzada Fələstin xalqının zülmünə dəstək və Yəmənə qarşı təcavüzə cavab olaraq donanmamız bir sıra uyğun raketlərlə İngiltərənin neft tankeri “POLLUX”u hədəfə alıb.
Yəhya Səri elan edib: Allahın köməyi ilə bu hücumda birbaşa və dəqiqliklə ingilis neft tankerini hədəf aldıq.
Əl-Məsirə şəbəkəsinin məlumatına görə, Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin əlavə edib: Ölkəmizin silahlı qüvvələri işğal olunmuş Qırmızı dəniz və Babəl-Məndəb boğazında Fələstinin limanlarına doğru İsrail gəmilərinin hərəkətinin qarşısının alınması ilə bağlı qərarını Qəzzanın blokadasının götürülməsi və Fələstin xalqına qarşı təcavüz bitənə qədər davam etdirəcək.