Sionistlərin Beyt Lahiyaya hücumda daha 5 fələstinli şəhid olub.

Sionistlərin Beyt Lahiyaya hücumda daha 5 fələstinli şəhid olub.

Sionist rejim Qəzza zolağının şimalında yerləşən “Beyt Lahiya”da bir evi bombalayaraq 5 fələstinlini qətlə yetirib.

Mehr xəbər agentliyinin Əl-Məyadin-ə istinadən verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağında yaşayan fələstinlilərə qarşı cinayətlərini və onların vəhşicəsinə öldürülməsini davam etdirir.

İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Beyt Lahiyada bir evə hücumu nəticəsində aralarında bir neçəsi uşaq olmaqla 5 fələstinli şəhid olub.

Sionist rejim Qəzza şəhərinin cənubunda Əl-Kuveyt meydanı yaxınlığında yardım gözləyən bir qrup fələstinlini də hədəfə alıb. Bu vəhşi hücum nəticəsində 5 fələstinli şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Fələstinin Səhiyyə Nazirliyi Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdəki Nasir xəstəxana kompleksinin generatorunun sıradan çıxması və oksigen çatışmazlığı səbəbindən daha bir xəstənin şəhid olduğunu və bu səbəbdən xəstəxanada şəhid olanların sayının 8-ə çatdığını açıqlayıb.

Əl-Məyadin-in Qəzza zolağındakı müxbiri həmçinin, Deyrəl-Bələhdə bir evə hücum nəticəsində 3 şəhidin cənazəsi və çoxlu yaralının “Şuhədaəl-Əqsa” xəstəxanasına aparıldığını bildirib.

Əl-Cəzirə telekanalının müxbiri bildirib ki, sionist rejimin Xan Yunisə ardıcıl hücumları nəticəsində 16 fələstinli şəhidinin cənazəsi bu şəhərin xəstəxanalarına köçürülüb.

İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cəbəliyyənin şərqində bir qrup fələstinliyə artilleriya hücumu nəticəsində daha 4 fələstinli də yaralanıb.

Əl-Məyadin müxbiri bildirib ki, sionist rejim ordusu tərəfindən bu gün səhər saatlarında Qəzza zolağının mərkəzində yerləşən Əz-Zəvayidə bölgəsində bir evin dağıntıları altından 17 şəhidin cəsədi çıxarılıb.

Həmçinin sionist rejim əsgərləri Qəzza şəhərinin qərbində yerləşən Ər-Rəşid küçəsində kömək gözləyən Fələstin vətəndaşlarına atəş açıblar.

Sionist rejim qırıcıları Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin qərbini və Qəzza şəhərinin şərq hissələrini bombalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + twenty =