Tramp Yəmənə atılan bombaların 1 milyon dollarlıq olduğunu faş etdi

Tramp Yəmənə atılan bombaların 1 milyon dollarlıq olduğunu faş etdi

ABŞ-ın keçmiş prezidenti çıxışında Yəmənə düşən hər bombanın bir milyon dollar dəyərində olduğunu açıqlayıb.

Mehr xəbər agentliyinin Yəmən Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp çıxışında Yəmənə düşən hər hansı bombanın ABŞ-a baha başa gələcəyini açıqlayıb.

Tramp Miçiqan ştatında tərəfdarlarına deyib: “Biz Yəməni bombalayırıq və hər bomba bir milyon dollara başa gəlir, amma ən önəmlisi budur ki çoxlu insanı öldürürük.”

Tramp daha əvvəl ABŞ-ın Yəmənə hava zərbələrindən sonra ABŞ prezidenti Co Baydenin administrasiyasını tənqid etmişdi.

O, sosial media hesabında “İcazə verim” yazıb. “Biz bütün Yaxın Şərqi yenidən bombalayırıq və beş gün əvvəl yoxa çıxan müdafiə nazirimiz xəstəxana otağında laptopunda müharibəni izləyir”.

Bayden administrasiyasının respublikaçıların hazırkı vəziyyətdə Meksika ilə sərhədi qorumaq üçün tədbirlər görmək tələblərinə qarşı çıxmasına toxunan Tramp əlavə edib:

 “İndi Ukrayna, İsrail və Yəməndə müharibəmiz var, amma cənub sərhədimizdə müharibə yoxdurmu? Mühacir axını müharibə deyilmi?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =