ABŞ Qəzza ilə bağlı qətnamə təklif edib

ABŞ Qəzza ilə bağlı qətnamə təklif edib

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasına Qəzza zolağında müvəqqəti atəşkəs tələb edən və anklavın Misirlə sərhədində yerləşən Rəfah şəhərində İsrailin quru əməliyyatının nəticələri barədə xəbərdarlıq edən qətnamə təklif edib.

Qətnamənin mətnində qeyd olunur ki, İsrailin hazırkı şəraitdə Rəfaha planlaşdırdığı hücum mülki əhaliyə zərər vuracaq, həmçinin regional sülh və təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olacaq.

Birləşmiş Ştatlar Qəzza zolağında dərhal atəşkəslə bağlı Əlcəzairin hazırladığı qətnamə layihəsinə veto qoyacağı ilə bağlı xəbərdarlıq edib. Amerika rəsmiləri bu qətnamənin qəbulunun ABŞ, Misir, İsrail və Qətər arasında girovların azad edilməsinə dair danışıqlara xələl gətirə biləcəyindən ehtiyat edirlər.

Qeyd edək ki, fevralın 9-da İsrailin baş naziri Benyamin Netanyahu Rəfah şəhərində genişmiqyaslı hərbi əməliyyata başlamaq planlarını açıqlayıb. İsrail fevralın 12-nə keçən gecə ilk zərbələrini endirib. Lakin əməliyyat başlamazdan əvvəl baş nazir Rəfah sakinlərinin təxliyyəsini təmin edəcəyinə söz verib. Onun sözlərinə görə, İsrail hərbçiləri şəhər əhalisinin təxliyəsi üçün plan hazırlayacaq.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rəfahda 1 milyondan çox fələstinli var. Qəzza zolağında müharibə başlayandan sonra şəhərin əhalisi xeyli artıb. BMT Rəfah əməliyyatının nəticələrinin fəlakətli olacağı barədə xəbərdarlıq edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =