Yəmənin ABŞ və İsrail gəmilərinə, Eylat limanına PUA və raket hücumu
![Yəmənin ABŞ və İsrail gəmilərinə, Eylat limanına PUA və raket hücumu](https://sizinyol.org/wp-content/uploads/2024/02/170950261.webp)
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi ordu qüvvələrinin Amerikaya aid bir neçə hərbi gəmiyə, sionist rejimə aid bir gəmiyə və işğal olunmuş Fələstin torpaqlarının cənubundakı Eylatdakı “Umm ər-Rəşraş” limanındakı mövqelərə pilotsuz təyyarələrlə hücum etdiyini bildirib.
Yəhya Sərii bununla bağlı vurğulayıb: “Yəmən Silahlı Qüvvələri Qırmızı və Ərəb dənizlərində bir neçə pilotsuz təyyarə ilə Amerikanın bir neçə hərbi gəmisini hədəfə aldı.”
O, əlavə edib: “Yəmən Silahlı Qüvvələri həmçinin bir neçə dəniz raketi ilə Ədən körfəzində İsrailə aid “MSC SILVER” İsrail gəmisini hədəfə aldı.”
Y. Sərii açıqlamasının davamında deyib: “Digər əməliyyatda isə işğal altındakı Fələstinin cənubunda Umm ər-Rəşraş bölgəsində sionist düşmənin həssas mövqeləri pilotsuz təyyarələr vasitəsilə hədəfə alındı.”