Petro da Silvanın Qəzza ilə bağlı sözlərinə dəstək verdi
Kolumbiya Prezidenti Qustavo Petro Braziliya lideri Luiz İnasio Lula da Silvanın qaniçən İsraillə bağlı çıxışına dəstək verib.Axar.az xəbər verir ki, Petro bu barədə X hesabında paylaşım edib.
Q.Petro da Qəzzada zorakılığı dərhal dayandırmağa çağırıb:
“Braziliya Prezidenti Lula ilə tam həmrəy olduğumu bildirirəm. Qəzzada soyqırım baş verir, minlərlə uşaq, qadın və qoca öldürülür. Lula sadəcə olaraq həqiqəti söylədi, həqiqəti müdafiə etmək lazımdır, əks halda barbarlıq bizi məhv edəcək”.
Bundan öncə Rusiya XİN başçısı Lavrov Silvanı müdafiə etmişdi.
Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva İsrailin Qəzza zolağındakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə edib. Buna cavab olaraq işğalçı İsrail onu “persona non-qrata” elan edib.