Sionist rejim Qəzzada öz məhbuslarını bombaladığını etiraf edib
Sionist rejimin mətbuatı Qəzza zolağının bombardmanları zamanı azı 10 sionist məhbusun həlak olduğunu bildirib.
Fələstinin “Şahab” xəbər agentliyinin çərşənbə günü gecə yaydığı xəbərə əsasən, İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinin bombardmanları nəticəsində azı 10 sionist məhbusun öldürüldüyünü etiraf edib.
Sionist rejimin mediası ordunun Qəzza zolağında öldürülmüş məhbus Yossi Şəriabinin yerini bildiyini və ilk olaraq həmin binanın bombalanmasının qadağan olunduğunu elan etdiyini deyib.
Bu medianın xəbərlərinə görə, bir müddət sonra sözügedən binanın bombalanmasına icazə verilib və Şəriabinin yaşadığı yer hava hücumunun hədəfinə çevrilib.
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı olan Şəhid İzzəddin Əl-Qəssam Batalyonları yanvarın 25-də İsrail qırıcılarının Qəzzanı bombalaması nəticəsində Fələstin müqavimətinin əlində olan 2 sionist əsirin öldürüldüyünü açıqlayıb.
HƏMAS hərəkatının hərbi qolu olan İzzəddin Əl-Qəssam batalyonları Qəzzada olan bu 2 sionist məhbusun adını “Yossi Şəriabi” və “Tais Friski” olaraq açıqlayıb.
Fevralın 21-də sionist rejim ordusu bu rejimin əsirlərindən Yossi Şəriabinin hava hücumu nəticəsində həlak olduğunu etiraf edib.
Şəriabinin necə öldürülməsi faktını gizlədən sionist ordu əlavə edib: Şəriabi, yəqin ki, qırıcıların hədəf aldığı yerlərdən birinin yaxınlığındakı binada saxlanılıb və o, təsadüfən öldürülüb.