Misir Qəzzada fələstinli qaçqınlar üçün 2 düşərgə tikəcək
![Misir Qəzzada fələstinli qaçqınlar üçün 2 düşərgə tikəcək](https://sizinyol.org/wp-content/uploads/2024/02/Untitled-11.jpg)
Qəzza zolağında köçkünlər üçün iki yeni düşərgə tikiləcək. Humanitar layihə Misir tərəfindən həyata keçirilir.
Bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Düşərgələrdən biri anklavın cənub hissəsində, digəri Der əl-Bəlahın şimalında tikiləcək.
“Hazırda Xan Yunis şəhəri yaxınlığında iş gedir. Gələn həftə ərzində düşərgənin açılması planlaşdırılır”, – deyə telekanal əlavə edib.