Amerika və Britaniya Yəmənin Əl-Hədidə Beynəlxalq Hava Limanına hücum edib
Çərşənbə günü gecə xəbər mənbələri ABŞ və İngiltərənin Yəmənin qərbində yerləşən Əl-Hədidə Beynəlxalq Hava Limanına hücum etdiyini bildirib.
İRNA-nın Əl-Məsirəyə istinadən verdiyi xəbərə görə, Amerika və İngiltərə qırıcıları iki hücum zamanı Yəmənin qərbində yerləşən Əl-Hədidə Beynəlxalq Hava Limanını hədəf alıb.
İRNA-nın məlumatına görə, ötən bir neçə ayda Yəmən ordusu Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq, Qırmızı dəniz və Babəl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən bir neçə sionist gəmini hədəfə alıb.
Yəmən ordusunun qüvvələri bildiriblər ki, İsrail rejimi Qəzzaya hücumlarını dayandırmayana qədər onlar bu rejimin gəmilərinə və ya Qırmızı dənizdə işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarını davam etdirəcəklər.
Yəmən qüvvələri Ədən körfəzi və Qırmızı dənizdə naviqasiyanın digər gəmilər üçün sərbəst olduğunu və tam təhlükəsiz şəkildə hərəkət edə bildiklərini vurğulayıb.