Sionist media: İsrail ordusu sursat çatışmazlığı ilə üzləşib

Sionist media: İsrail ordusu sursat çatışmazlığı ilə üzləşib

Sionist rejimin mediası cümə günü gecə saatlarında bu rejim ordusunun işğal olunmuş Fələstinin şimal və cənub sərhədlərindəki müharibədə sursat çatışmazlığı ilə üzləşdiyini elan edib.

İRNA-nın Əl-Məyadinə istinadən verdiyi xəbərə görə, sionist media bu rejim ordusunun son həftələr və aylarda köhnə tanklardan istifadə etməli olduqlarını bildirib.

Bu xəbərə görə, ordu şimal və cənub sərhədlərində aparılan mürəkkəb hərbi əməliyyatlar səbəbindən sursat çatışmazlığı ilə üzləşib.

Digər tərəfdən, ibrani dilində çıxan “Maariv” qəzeti sionist ordusunun son həftələrdə Xan Yunisdə HƏMAS-ın sonsuz tunel şəbəkəsində yavaş və mərhələli məğlubiyyətə uğradığını bildirib.

Fələstin müqavimət qrupları 7 oktyabr 2023-cü ildə Qəzzadan (Fələstinin cənubu) İsrail rejiminin mövqelərinə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb və nəhayət, 24 noyabr 2023-cü ildə 45 günlük döyüşlərdən sonra, əsirlərin mübadiləsi üçün HƏMAS və sionist rejim arasında dörd günlük müvəqqəti atəşkəs elan edildi.

Müharibədəki bu fasilə yeddi gün davam etdi və nəhayət, 1 dekabr 2023-cü il, cümə günü səhər saatlarında müvəqqəti atəşkəs sona çatdı və İsrail rejimi Qəzzaya qarşı hücumlarını bərpa etdi.

Bu rejim “Əqsa tufanı” hücumlarına cavab vermək, məğlubiyyətini kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının keçidlərini bağlayıb və bu ərazini bombalayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − 2 =