Misir Prezidenti: Qəzzanın bərpasına 90 milyard dollardan çox vəsait gərək olacaq
Qəzza zolağının yenidən qurulması 90 milyard dollardan çox tələb edəcək.
Bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi deyib.
“Qəzza zolağı hazırda böyük bir faciənin şahididir. Minlərlə insan həlak olub və zolağı bərpa etmək üçün 90 milyard dollardan çox lazım gələcək”, – ölkə lideri əlavə edib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından etibarən Yaxın Şərqdə HƏMAS-la İsrail arasında müharibə gedir.
Xatırladaq ki, Misir lideri daha əvvəl demişdi ki, yaxın vaxtlarda Qəzzada atəşkəs əldə oluna bilər.