Müsəlmanlara ögey övlad kimi yanaşılır – Ərdoğan
Beynəlxalq sistem İslam dünyasını təcrid edir.Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Elmi Yayma Vəqfinin 53-cü Baş Assambleyasında çıxışı zamanı deyib.
O bildirib ki, İkinci Dünya müharibəsindən sonra müxtəlif ölkə və təşkilatlar müsəlmanlara ögey övlad kimi yanaşır.