Amerika Yəməndəki “böyük pilotsuz təyyarə hücumunu” etiraf edir

Amerika Yəməndəki “böyük pilotsuz təyyarə hücumunu” etiraf edir

Amerikanın Centcom terror komandanlığı iddia edib ki, Vaşinqton və müttəfiqləri Qırmızı dəniz və Ədən körfəzində 15 yəmənli kamikadze təyyarəsini vurub.

Yəmənin Fələstinə dəstəyini dayandırmaq üçün ABŞ və İngiltərənin hücumları davam etsə də, Vaşinqton şənbə günü Yəməndə “böyük pilotsuz təyyarə hücumunu” etiraf edib.

Centcom terror komandanlığı, Səna vaxtı ilə bu səhər saat 4:30-6:30 arasında “İran tərəfindən dəstəklənən husi terrorçularının genişmiqyaslı hücum həyata keçirdiklərini” açıqlayıb.

ABŞ Ordusunun Yaxın Şərq və Şimali Afrikadakı Mərkəzi Komandanlığının məlumatına görə, bu hücumlar intiharçı pilotsuz uçan aparatlardan istifadə edilməklə, Qırmızı dəniz və Ədən körfəzində həyata keçirilib.

Yəmən hələ də Amerikanın bu iddiasına reaksiya verməyib. Yəmən rəsmiləri dəfələrlə bəyan ediblər ki, bu ölkənin Fələstinə dəstəyi İsrailin Qəzzaya qarşı müharibəsi dayanana qədər davam edəcək və ABŞ və İngiltərənin təcavüzü bu dəstəyi dayandırmayacaq.

Centcom-un məlumatına görə, Vaşinqton və onun müttəfiqlərinin gəmi və təyyarələri bölgədə yəmənlilərin “15 pilotsuz uçan aparatını” vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =