Sionist rejimin bir zabiti öldürülüb
İsrailin maliyyə naziri Bezalel Smotriç şənbə gecəsi Qəzzada bugünkü döyüşlərdə bir ordu zabitinin öldürüldüyünü və onun öz əmisi oğlu olduğunu təsdiqləyib.
İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Smotriç bu xəbəri açıqlayıb və bildirib ki, bu gün Qəzza döyüşündə həlak olan zabit mənim xalam oğludur.
Bu rejimin ordusu şənbə günü axşam Qəzza zolağında gedən döyüşlərdə komando birliyindən bir mayorun öldürüldüyünü elan edib.
Cümə günü Əl-Qəssam batalyonları bu rejimin 6 ordu qüvvəsini Xan Yunisin şimalında pusquya salıb və onları sıfır məsafədən hədəfə alıb.
Sionist rejim ordusunun elanına əsasən, ötən il oktyabrın 7-də Əl-Əqsa tufanı əməliyyatının başlanmasından indiyədək 588-dən çox sionist hərbçi həlak olub, 3000-dən çox əsgər isə yaralanıb.