ABŞ və Britaniyanın Yəmənə yeni hücumu

ABŞ və Britaniyanın Yəmənə yeni hücumu

ABŞ və Böyük Britaniyanın təcavüzkar döyüşçüləri bu gün səhər (çərşənbə axşamı) növbəti dəfə Yəmən ərazisini hədəfə alıblar.

Çərşənbə axşamı səhər yerli media Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Amerika-Britaniya koalisiyasının Yəmən ərazisinə hərbi təcavüzünün təkrarlandığını bildirib.

“Əl-Məsirə” kanalı bu barədə xəbər yayıb ki, Amerika və Böyük Britaniya təcavüzkar qırıcıları Səədə vilayətində yerləşən “Məcz” şəhərinin “Təxiyə” bölgəsinə 5 dəfə hücum ediblər.

Bu hücumların təfərrüatları və mümkün dağıntılar və ya itkilər barədə hələlik məlumat verilmir.

Sionist rejimin Qəzzə zolağına hücumlarının genişlənməsindən sonra Yəmən silahlı qüvvələri bu rejimə aid olan və işğal altındakı Fələstinə yönəlmiş gəmilərin Qırmızı dəniz və Babəl-Məndəb boğazından keçməsinə icazə verməyib.

ABŞ Tel-Əvivə dəstəyini davam etdirərək, Yəmənin sionist gəmilərinə qarşı əməliyyatlarının güclənməsindən sonra Yəmən silahlı qüvvələri ilə qarşıdurma yaratmaq üçün koalisiya yaradıb və bir neçə dəfə bu ölkənin ərazisinə hücumlar edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + eleven =