Qüds və Qəssam taborlarının əməliyyatları nəticəsində sionistlər Xan Yunisdə ağır itkilər verib
HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin Əl-Qəssam taborları və Fələstin İslami Cihad Hərəkatının Səraya Əl-Qüds hərbi qanadı bu gün (çərşənbə axşamı) ayrı-ayrı bəyanatlarda Xan Yunisdə bir neçə sionist əsgərin öldüyünü və yaralandığını açıqlayıb.
Əl-Qəssam taborları bununla bağlı elan edib ki, bu fələstinli müqavimət qrupunun döyüşçüləri Xan Yunisin Həməd şəhərində 2 pusqu zamanı sionist rejimin 2 piyada komandası ilə toqquşub və onlardan bir neçəsini öldürüb və yaralayıblar.
Həmas hərəkatının hərbi qanadı Həməd şəhərində sionist rejimin Merkava tankının məhv edildiyini də açıqlayıb.
Səraya əl-Qüds də açıqlamasında bildirib: Səraya əl-Qüds döyüşçüləri əvvəlcə güclü partlayıcı qurğunu işə salaraq, yaşayış mənzili içərisində işğalçı rejim ordusunun 6 nəfərlik hərbi komandasını hədəfə alıblar. Müqavimət döyüşçüləri Həməd şəhərinin mərkəzindəki düşmən əsgərlərinin yerləşdiyi yerləri də minaatanlarla hədəfə alıblar.