Yəmən Amerika gəmisinə hücumu təsdiqləyib
Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii çərşənbə axşamı səhər saatlarında ordu qüvvələrinin Qırmızı dənizdə Amerika gəmisini hədəf aldığını bildirib.
Y. Sərii bu gəminin adının Pinokyo olduğunu və bir neçə raketlə hədəfə alındığını qeyd edib.
Yəmən Ordusunun mətbuat katibi vurğulayıb: “Qəzzaya hücum və onun blokadası sona çatana qədər gəmilərin işğal olunmuş Fələstinin limanlarına getməsinə mane olmağa davam edəcəyik.”