UNICEF: Atəşkəs uşaqları və qaçqınları xilas etmək üçün ən yaxşı seçimdir
BMT-nin Uşaq Fondu (UNICEF) Qəzza zolağında dərhal atəşkəsin vacibliyini vurğulayaraq bildirib ki, atəşkəs bu zolağda insanların həyatını xilas etmək və qaçqınların əziyyətinə son qoymaq üçün ən yaxşı variantdır.
UNICEF bəyanatında əlavə edib: “Qəzza zolağında aclıq və davam edən təcavüzkar hərəkətlər və sağ qalmaq üçün lazım olan məhdud resurslar riski ilə üzləşən 1,7 milyon məcburi köçkün var.”
Bu bəyanatda bildirilir: “Qəzza zolağının şimalında xüsusi süd növlərinin olmaması səbəbindən minlərlə uşaq ciddi təhlükə altındadır.”