Son 24 saatda 149 fələstinli şəhid olub: Şəhidlərin sayı 31 490-a yüksəldi

Son 24 saatda 149 fələstinli şəhid olub: Şəhidlərin sayı 31 490-a yüksəldi

Qəzzanın Səhiyyə Nazirliyi bu gün (cümə) sionist rejimin bu zolağa təcavüzü nəticəsində şəhid olanların sayının 31 min 490 nəfərə yüksəldiyini açıqlayıb.

İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, Qəzza Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına hücumunun 161-ci günü elan edib ki, İsrail rejimi son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 13 yeni cinayət törədib və nəticədə, 149 nəfər şəhid olub, 300 nəfər yaralanıb.

Bu bəyanatda deyilir: Oktyabrın 7-dən bu günə qədər sionist rejimin Qəzzə zolağı bölgəsindəki təcavüzü nəticəsində yeni şəhidlər də daxil olmaqla, şəhidlərin sayı 31 min 490 nəfərə çatıb.

Qəzza Səhiyyə Nazirliyi bu cinayətlərdə yaralananların son sayını 73 439 nəfər olaraq açıqlayıb.

Nazirlik daha sonra elan edib ki, şəhidlərin bəzisinin cəsədləri dağıntılar altında, bəziləri isə yolların kənarında qalıb və sionistlərin davamlı təcavüzü səbəbindən yardım təşkilatları onları daşımaq iqtidarında deyil.

İRNA-nın məlumatına görə, Fələstin müqavimət qrupları 7 oktyabr 2023-cü ildə Qəzzadan (Fələstinin cənubu) İsrail rejiminin mövqelərinə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb və nəhayət, 24 noyabr 2023-cü ildə, 45 günlük döyüşlərdən sonra əsirlərin mübadiləsi üçün HƏMAS və İsrail arasında dörd günlük müvəqqəti atəşkəs elan edilib.

Müharibədəki bu fasilə yeddi gün davam etdi və nəhayət, 1 dekabr 2023-cü il, cümə günü səhər saatlarında müvəqqəti atəşkəs sona çatdı və İsrail rejimi Qəzzaya qarşı hücumlarını bərpa etdi.

Bu rejim məğlubiyyətini kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının keçidlərini bağlayıb və bu ərazini bombalayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − fourteen =