Fələstin müqavimət qrupları sionist rejimin hərbi karvanına hücum edib

Fələstin müqavimət qrupları sionist rejimin hərbi karvanına hücum edib

Müxtəlif fələstinli qruplar cümə günü gecə saatlarında bildiriblər ki, müqavimət qüvvələri sionist rejimin hərbi karvanını darmadağın edərək, bu rejimin hərbi texnika və maşınlarına ciddi ziyan vurublar.

İRNA-nın Fələstin mediasına istinadən verdiyi məlumata görə, İzzəddin Əl-Qəssam batalyonları bu əməliyyatda Qəzza zolağının cənubundakı Xan Yunisin Həməd şəhərində bir Merkava tankı və sionist rejimin bir personal daşıyıcısını zireh əleyhinə Yasin 105 və Tandum raketi ilə hədəf aldığını və məhv etdiyini bildirib.

Digər tərəfdən, Əl-Əqsa Şəhidləri Batalyonuı Qəzza zolağının Mərkəzi vilayətinin şimal-qərbindəki Əz-Zəhra şəhərində İsrailə məxsus iki zirehli maşını RPG ilə hədəfə aldıqlarını açıqlayıb.

Əl-Qüds qruplaşmaları da İsrailin zirehli maşınlarını hədəfə alıb.

Bu qrup elan edib ki, bu qruplaşmaların mücahidləri Qəzza zolağının mərkəzindəki Əz-Zəhra şəhərinin şimalında işğalçı İsrailin bir sıra zirehli texnikasını zireh əleyhinə raketlərlə hədəfə alıblar.

Həmçinin, çox yaxın məsafədən bir qrup sionist qüvvə ilə toqquşmuş və onları öldürmüş və ya yaralamışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =