Həmas rəsmisi: Atəşkəs müzakirəsinə nikbin yanaşmırıq

Həmas rəsmisi: Atəşkəs müzakirəsinə nikbin yanaşmırıq

Həmas siyasi bürosu baş katibinin müavini sionist rejimlə atəşkəs müzakirələrinə nikbin olmadıqları, amma danışıqlarda kompromis niyyətlərini büruzə etdiklərini deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Xəlil Əl Həyyə bu gün (28 mart) bu kanalla eksklüsiv müsahibəsində başda İslam İnqilabı Aliməqam rəhbəri olmaqla, İran xalqına və rəsmilərinə yaxşı qarşılandıqları üçün minnətdarlığını bildirib.

Əl Həyyə atəşkəs məsələsinə münasibət bildirərək deyib: Düşmən müharibənin uzanmasını istəyir. TŞ-nin son qətnaməsindən sonra Fələstin xalqına hücumlarını daha da artırıb. Biz müzakirələrdə atəşkəs, düşmənin geri çəkilməsi və Qəzzə xalqına humanitar yardımların çatdırılmasında israrlıyıq.

Əl Həyyə həmçinin əlavə edib: Həmas ilk başda sionist düşmənlə müzakirələrə girmək istəməsə də, sonra vəziyyətlə əlaqədar 4 insani tələblə buna razılaşmaq qərarına gəldik. Amma Netanyahu girovların həyatının onun üçün əhəmiyyətsiz bir məsələ olduğunu sübut etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =