İslam İnqilabının Ali Rəhbəri: Qəzza bu ana kimi meydanın əsas qalibidir

İslam İnqilabının Ali Rəhbəri: Qəzza bu ana kimi meydanın əsas qalibidir

İslam İnqilabının Ali Rəhbəri müqavimət qüvvələri və Qəzza əhalisini bu ana qədər meydanın qalibləri adlandıraraq vurğulayıb: “Bu altı aylıq müharibədə Qəzza və Fələstin xalqının izzət və müqavimətinin zirvəsi və sionist rejimin məğlubiyyətləri ilahi hadisə və fenomendir.”

Tehranda səfərdə olan Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad əl-Nəxalə cümə axşamı, axşam saatlarında İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb.

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad əl-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə müqavimət qüvvələri və Qəzza əhalisini bu ana qədər meydanın qalibləri adlandıraraq vurğulayıb: “Bu altı aylıq müharibədə Qəzza və Fələstin xalqının izzət və müqavimətinin zirvəsi və sionist rejimin məğlubiyyətləri ilahi hadisə və fenomendir.”

İslam İnqilabının Ali Rəhbəri sionist rejimin Qəzza əhalisini qətliam etməsi ilə bağlı cinayətlərinə toxunaraq deyib: “Sionist rejimin bütün hərbi texnikası və dünyanın qəddar dövlətlərinin dəstəyi ilə qadın və uşaqları qətlə yetirməsi göstərir ki, bu rejim müqavimət qüvvələri ilə mübarizə aparmaq və onları məğlub etmək iqtidarında deyil.”

Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının Baş katibinə müraciət edərək deyib: “Allahın lütfü ilə Qəzza əhalisinin son qələbəsini görəcəksiniz.” 

Bu görüşdə Fələstin İslami Cihad Hərəkatının Baş katibi cənab Ziyad əl-Nəxalə İran İslam Respublikasının Fələstin məsələsinə verdiyi dəstəyi yüksək qiymətləndirib və şəhid general Süleymaninin xatirəsini ehtiramla yad edərək deyib: “Bu gün Qəzzada baş verənlər əslində Kərbəla hadisəsinin təkrarıdır. Qəzza əhalisi bütün çətinliklərə və məkrli planlara baxmayaraq, müqavimət qüvvələrinin yanında bənzərsiz duruşu ilə Amerika, sionist rejim və onların havadarlarının müqaviməti məhv etmək planını məğlubiyyətə uğrada bildi.”

Müqavimət qüvvələri, xüsusən də HƏMAS və İslami Cihad arasında tam koordinasiya olduğunu vurğulayan Əl-Nəxalə deyib: “Qəzza əhalisi və müqavimət qüvvələri son qələbəyə qədər müqaviməti davam etdirmək əzmindədir və Allahın lütfü ilə son qələbə çox da uzaq olmayan gələcəkdə əldə olunacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =