Sionistlərin Qəzza zolağı ilə bağlı yeni planı ifşa olub
Sionist rejim Qəzza zolağında bu bölgədəki əksər torpaqları işğal edib ələ keçirmək üçün yeni layihə həyata keçirir.
İsrail rejimi hazırda Qəzza zolağında genişmiqyaslı layihə həyata keçirir. Bu rejim Qəzza zolağının işğal olunmuş ərazilərlə sərhədləri yaxınlığında bir kilometr enində təhlükəsizlik bufer zonası yaratmağa çalışır.
Fələstinin Maa xəbər agentliyinin məlumatına görə, bu layihənin əsas icraçısı İsrail ordusudur. Sözügedən layihə Qəzza ərazisinin 16%-ni əhatə edən və böyük ölçüdə Fələstin xalqının işğal olunmuş torpaqlara bitişik şimal ərazilərdə hərəkət və köçürülməsinə nəzarət edən layihədir.
Obyektiv dəlillər göstərir ki, sionist ordusunun Qəzza zolağında dağıtdığı binaların əksəriyyəti bu təhlükəsizlik bufer zonasının yaxınlığında yerləşir və bir növ sionistlər arzuladıqları layihənin reallaşması və həyata keçirilməsi üçün zəmin axtarırlar.
Bundan əvvəl sionistlərin sözügedən əraziyə hücumları nəticəsində Qəzza zolağının şimalında yaşayış binalarının 70%-dən çoxunun dağıdılması ilə bağlı müxtəlif xəbərlər dərc olunmuşdu.
Qəzza müharibəsinin başlamasından təxminən 6 aya yaxın vaxt keçir. Müharibə indiyədək 32 mindən çox fələstinlinin ölümünə, yaralanmasına və on minlərlə insanın itkin düşməsinə səbəb olub. Bu, mülki əhalinin ölüm nisbətinə görə 21-ci əsrin ən ölümcül müharibəsi hesab olunur.