İsrail “Hizbullah”ın 10 obyektini bombalayıb

İsrail “Hizbullah”ın 10 obyektini bombalayıb

İsrailin Hərbi Hava Qüvvələri (HHQ) Livanın cənubunda “Hizbullah”ın 10 obyektinə eyni zamanda zərbə endirib.

Məlumatı İsrail Müharibə Ordusunun mətbuat xidməti yayıb.

Bildirilib ki, “Hizbullah”ın silahlı qüvvələri bombalanan obyektlərdən istifadə edirmiş. Məlumata görə, zərbələr Livanın cənubundakı Rəşaya əl-Fuxar kəndinin ərazisindəki mövqelərə endirilib. İnformasiyaya əsasən, İsrail ordusunun hədəfi silah anbarı, raketatan qurğular və infrastruktur obyektləri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + fourteen =